Ən Yaxşı 5 Dedektiv Filmi izlə

filmzal
08 Eyl 2020
Ən Yaxşı 5 Dedektiv Filmi izlə

1.Prisoners – Dustaqlar (2013)

 

    • Gərgin bir atmosferi olan, cinayətkarın kim olduğunu tapmaq üçün diqqətlə izləməli olduğunuz, Hugh Jackman və Jake Gyllenhaal-ın aktyorluq dərsi verdiyi Prisoners filmi. Filmi səssiz, sakit bir məkanda izləyərək bu gözəl filmin dadını çıxardın. Keçək filmin mövzusuna, İki ailənin şükran gününü bir yerdə qeyd etdiyi zaman, hər iki ailənin də kiçik qızları yoxa çıxır. Buna görə Keller Dover, gənc və bacarıqlı bir dedektivdən kömək istəyər. Saatlar keçdikçə uşaqların tapılmaması daha təlaşlı anların ortaya çıxmasına səbəb olur. Və ailələrin artıq polisə inamı qalmadığıdan, cinayətkarın arxasınca özləri düşməyə qərar verirlər.

    Prisoners Filmini izle


    2.Knives Out – Bıçaqlar Çəkildi (2019)

     

  • Film olduqca rəngli və əyləncəli səhnələri ilə bildiyimiz dedektiv filmlərindən fərqlənir. Həmçinin filmdə olduqca məşhur aktyorları da izləyəcəksiniz. Həftə sonu dostlarınız və ya sevdikləriniz ilə birlikdə izləyə biləcəyiniz bir filmdir. Keçək filmin mövzusuna, 85 illik yubileyini ailə üzvləri ilə qeyd edən Harlan Trombi, detektiv janrında kitablar yazan bir yazıçıdır. Yubileyinin sabahı öz otağında ölü vəziyyətdə aşkarlanır. Qan nümunələri, heç bir şübhəli məqamın olmamasıdığını, onun öz boğazını kəsməklə intihar etdiyini deməyə əsas verir. Ancaq sirli müştəri tərəfindən işə cəlb olunan nüfuzlu xəfiyyə Benua Blank, məsələnin heç də göründüyü qədər bəsit olmadığını hesab edir. O, yazıçının tamahkar ailə üzvlərindən biri tərəfindən öldürüldüyünü ehtimal edir. Həqiqətin üzə çıxmasında xəfiyyəyə, mərhumun tibb bacısı Marta kömək edə bilər.

Knives Out Filmini izle


3.Ittefaq – Təsadüf (2017)

 

  • Filmi izləyən zamna sizin də dedektiv olacağınız bir film. Hindistan istehsalı olan bu filmi, çox böyük gözləntim olmadan izləmişdim və film məni yaxşı mənada təəccübləndirməyi bacarmışdı. Filmin məzmunu haqqında çıx qısaca məlumat verəcəm və məncə bu sizdə maraq yaratmağa kifayət edəcək. Filmin mövzusu, 2 cinayət, 2 fərqli hekayə, 2 “cinayətkar” və dedektivimiz ipuclarını izləyərək gerçək qatili tapmalıdır. Qatil kimdir ? tipli filmləri sevirsinizsə izləyin getsin.

Ittefaq Filmini izle


4.El Cuerpo – Cəsəd (2012)

 

  • Bir gün morqdan iş qadını olan Mayka-nın cəsədi itir. Qadının ölümünün sirri açılmamış, cəsədin yoxa çıxması vəziyəti daha da ağırlaşdırır. Bu cinayəti araşdırmaq dedektiv Jaime Pena-ya tapşırılır. Jaime arvadını itirmişdir və hələ də özünə gələ bilməmişdir. Cinayət işinin bir çox sirli yanları mövcütdur.

The Invisible Guest – Görünməz Qonaq Filmini izle


5.Mindscape – Zehin Oxuyan (2013)

 

  • Filmi izləyən zaman izləyicinin diqqətini cəlb edir və sona dək filmi həyacanla izləyirsiniz. Sirlərlə, oyunlarla dolu bir film sizi gözləyir. Keçək mövzuya, Film insanların xatirələrinə girə bilən bir dedektivin qarşısına gələn bir davadan bəhs edir. Bu davanın əsas mövzusu 16 yaşında və ciddi problemləri olan bir qızdır. Dedektivimiz John maddi problemləri olduğundan bu işi istəməyərəkdə olsa qəbul edir. Ancaq qızla tanış olduqdan sonra bu dava onunda marağını cəlb etməyə başlayır. Biraz pul qazanmaq üçün qəbul etdiyi bu dava onu gözləmədiyi və içində olmaq istəməyəcəyi bir macəraya çəkəcəkdir.

Mindscape Filmini izle

Rəylər