Beyin Yandıran 5 Film izlə

filmzal
05 Eyl 2020
Beyin Yandıran 5 Film izlə

1.Shutter İsland – Zindan Adası (2010)

    • Hələ də izləməyibsənsə, başqa film axtarma dərhal izlə bu filmi. Keçək filmin məzmununa, İki amerikalı dedektiv dəlxanadan qaçmış cinayətkarı tapmaq üçün Massaçusets ştatındakı bir adaya yollanırlar. Dedektivlər axtarış zamanı xəstəxanada baş verənləri anlamaqda çətinlik çəkəcəklər. Diqqətli olun bu film Beyin Yandıran bir filmdir.

    Shutter İsland Filmini izle


    2.Filth – Pislik (2013)

  • Tam olaraq Beyin yandıran film demək olmaz ancaq filmin sonunda izləyiciyə şatdığı “şok” hissinə görə bu kateqoriyaya əlavə edirəm. Filmin mövzusun həyatın içindən olmağı, filmi daha da maraqlı edir. Filmdə məqsədinə çatmaq istəyən birinin, nə qədər şərəfsizləşdiyini izləyəcəksiniz. Onu da qeyd edim ki, filmdə 18+ səhnələr var. Keçək filmin mövzusuna, Bruce Robertson vəzifə artımı xəyalları, onu günü-gündən tamamilə başqa birinə çevirir. Bruce üçün vəzifə artımı çox önəmlidir və bu yolda ona rəqib olan iş yoldaşlarına hər cür badalaq vurmağa hazırdır. Ancaq onun da vəziyəti acınacaqlıdır. Narkotika bağlılığı və acı keçmişi onu rahat buraxmadıqca get-gedə gördüyü qarabasmalar daha da artır.

Filth Filmini izle


3.The Number 23 – 23 Rəqəmi (2007)

  • Film, Jim Carrey-ni ciddi bir rolda gördüyümüz nadir filmlərdəndir. Filmin önə çıxan çəhəti kimi, izləyicini həyacanda saxlayan atmosferi və sonluğunu qeyd edə bilərəm. Təbii ki bir də Jim Carrey-nin möhtəşəm aktyorluğunu. Keçək filmin mövzusuna, Agathanın diqqətini bir kitab mağazasındakı qırmızı rəngli üz örtüyü olan bir roman cəlb edir və bunu yoldaşı Walter-ə hədiyyə edir. Bu kitabdakı hekayə, numerologiya ilə bağlı olan sirlı bir cinayət barədədir. Hər şey 23 rəqəmi ətrafında cərəyan edir. Kitabdakı hekayə Walter-i təsiri altına salır. Xəyallar qurmağa və həyatındakı bütün hadisələri 23 rəqəmi ilə əlaqələndirməyə başlayır. Walter bu romanın sıradan bir roman olmadığına inanır. Kitabın yazıçısının izinə duşur və bir birindən sirli məqamların üstü açılır.

The Number 23 Filmini izle


4.The Invisible Guest – Görünməz Qonaq (2016)

  • İspanların film sahəsində özlərinə məxsus bir yerləri var. Bu film də, bunun mükəmməl bir nümunəsidir. Film haqqında spoiller vermədən sizə qısaca bir məlumat verim. Adrian Doria varlı bir iş adamıdır. Həyata keçirdiyi ticari naliyətlər sayəsində, ilin iş adamı belə seçilir. Bir oteldə, sevgilisi Laura Vidan-ın cəsədi aşkarlanır və o da hadisə yerində olduğu üçün nəzarət altına alınır. Özünü müdafiə üçün ona, təcrübəli vəkil Virginia Goodman-ı məsləhət görürlər. Adrian, Virgina-ya yaşanan hadisələri ən başından izah etməyə başlayır. Lakin Virginia hekayədə bəzi uyğunsuzluqlar fərq edər və onu hekayəsinin qaranlıq nöqtələrini ortaya çıxarması üçün məcbur edər.

The Invisible Guest – Görünməz Qonaq Filmini izle


5.The Great Hypnotist – Böyük Hipnozçu (2016)

  • Film də çox bilinməyən filmlərdən biridir. Bu filmi izləməyinizi məsləhət görürəm. Çin istehsalı olan bu film, fərqli bir ssenariyə sahibdir. İlk baxışdan The Sixth Sense filminə bənzədib “Necə fərqli ssenarisi var?” deyə bilərsiniz ancaq tələsməyin və filmi izləyin. Filmin məzmunu isə, İşində çox peşəkar olan bir psikoloğun qarşısına, heç bir psixoloğun müalicə edə bilmədiyi bir xəstə gətirilir. Bu xəstə ölü insanları gördüyünü desə də, təbii ki, psixoloq ona inanmır. Seans davam etdikcə isə psixoluq belə, bu işin içindən çıxmaqda çətinlik çəkəcək və xəstəsinə inanmağa başlayacaqdır. Filmi sonuna dək maraq içində izləyəcəksiniz.

The Great Hypnotist Filmini izle

Rəylər